"Sizi xoşbəxt edə bilmədim" - Kvaratsxeliyadan duyğusal paylaşım

"Sizi xoşbəxt edə bilmədim" - Kvaratsxeliyadan duyğusal paylaşım

"Napoli"nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra azarkeşlərə səslənib.

Fanat.Az xəbər verir ki, gürcü forvard sosial şəbəkə hesabında duyğulu paylaşım edib:

“Sizin yaşla dolu gözlərinizi görmək mənim üçün çətindir. Sizə xoşbəxtlik gətirə bilmədim. Bundan dərs almaq üçün əlimdən gələni edəcəyəm.

Dəstəyiniz üçün təşəkkür edirəm, mən bunu hər zaman hiss edirəm! Mən sizi sevirəm və söz verirəm ki, biz daha güclü olacağıq!” 

Xviça "Milan"la cavab oyununda (1:1) penaltini dəqiq yerinə yetirə bilməyib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər