Silva sıraya döndü, bəs Cicanın son durumu nə yerdədir? - AÇIQLAMA

Silva sıraya döndü, bəs Cicanın son durumu nə yerdədir? - AÇIQLAMA

Bu gün Misli Premyer Liqasının 8-ci turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək "Qarabağ" oktyabrın 5-də Avropa Liqasının oyununa - İsveç "Hekken"i ilə səfər matçına çıxacaq.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, yüngül zədəsi olan braziliyalı Mateus Silva problemi geridə qoyub: 

"Bir neçə gündür məşqlərdə iştirak edən Silva digər futbolçular kimi qarşıdakı oyunlara hazırlaşır".

Hacıyev albaniyalı hücumçu Redon Cicanın da son vəziyyətinə aydınlıq gətirib: "Cica hazırda fərdi məşqlər edir. Onun yaxın günlərdə kollektiv çalışmalara qoşulacağı gözlənilir".

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər