Şeydayevin yerinə danimarkalı forvard

Şeydayevin yerinə danimarkalı forvard

"Trabzonspor” klubu axtardığı hücumçunu Norveçdə tapıb.

 Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, millimizin forvardı Ramil Şeydayevin də formasını geyindiyi Qara dəniz təmsilçisi "Rusenborq”un danimarkalı forvardı Kristian Qitkyaerin xidmətində maraqlıdır.

Skandinaviyalılar 19 qolla çempionatın bombardiri olan 26 yaşlı hücumçuya görə 3 milyon istəyirlər.

Qeyd edək ki, “Trabzonspor” klubun baş məşqçisi Ərsun Yanal heyətdə yer alan hücumçulardan narazıdır. Şeydayev hələ də Super Liqada debüt etməyib.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər