Şeydayevin yeni klubunda debüt tarixi bəlli oldu

Şeydayevin yeni klubunda debüt tarixi bəlli oldu

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubunun heyətində debüt oyununu Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”a qarşı keçirəcək.

Fanat.Az xəbər verir ki, bunu TFF 1-ci Liqa təmsilçisinin baş məşqçisi Ərtuğrul Sağlam yerli mətbuata açıqlamasında deyib.

Mütəxəssis bildirib ki, 28 yaşlı futbolçu komandaya hazır vəziyyətdə qoşulub:

“Şeydayevin gəlişi ilə heyətdəki çatışmazlıqlarımız böyük ölçüdə aradan qaldırılıb. Həm o, həm də digər transferlərimiz oynamağa hazırdırlar”.

Ramil Şeydayev ötən gün “Kocaelispor”la 1,5 illik müqavilə imzalayıb. Kocaeli komandası 1-ci Liqanın 19-cu turu çərçivəsində yanvarın 20-də “Eyüpspor”u qəbul edəcək. Hazırda “Eyüpspor” 45 xalla turnir cədvəlinə başçılıq edir. Üçüncü sıradakı “Kocaelispor”un hesabında isə 33 xal var.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər