Şeydayev yeni klubunun düşərgəsinə yollandı

Şeydayev yeni klubunun düşərgəsinə yollandı

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev "Buriram Yunayted"ə keçidini tamamlamaq üçün Taylanda yola düşüb.

Fanat.Az xəbər verir ki, 27 yaşlı forvard bununla bağlı "Instagram" hesabında paylaşım edib.

Şeydayev Buriramda hazırlıqlarını davam etdirən komanda ilə gələn həftədən birgə məşqlərə başlayacaq.

2021-ci ilin yayından "Qarabağ"da çıxış edən Şeydayev mövsümün sonunda müddəti başa çatan müqaviləsini yeniləməyib. O, ötən mövsüm Azərbaycan Premyer Liqasında 35 oyunda 22 qol vuraraq çempionatın bombardiri olub.

Xatırladaq ki, 27 yaşlı Şeydayev "Buriram Yunayted" ilə 2 illik müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər