Şeydayev matçın taleyini dəyişə bilmədi

Şeydayev matçın taleyini dəyişə bilmədi

Ramil Şeydayevin komandası Rusiya Premyer Liqasında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, millimizin forvardının formasını geyindiyi "Krılya Sovetov” 14-cü tur çərçivəsində "Axmat”ı qəbul edib. Meydan sahibləri qapı istiqamətinə rəqibdən 2 dəfə çox zərbə endirsə də, son nəticədə Qroznı təmsilçisinə 1:2 hesabıyla uduzub.

Ramil döyüşə 65-ci dəqiqədə - "Krılya Sovetov" ikinci topu buraxandan dərhal sonra atılıb. Lakin Alan Çoçiyevi əvəzləyən forvard matçın taleyini dəyişə bilməyib.

 

Hazırda 14 xalı olan samaralılar turnir cədvəlində 18 iştirakçı arasında 13-cü pillədə mövqe tutub.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər