Peşəkar bokusçu Con Koppenhaver ömürlük azadlıqdan məhrum edilib. Fanat.Az xəbər verir ki, buna səbəb onun sevgilisini vəhşicəsinə döyməsi olub.
"Döyüş maşını" ləqəbli boksçu birlikdə çəkdirdiyi yarçılpaq şəkillərini sosial mediada paylaşdığı model sevgilisi Kristi Makı döyərək dişləri də daxil 18 sümüyünü sındırıb.
Cütlük 2014-cü ildə ayrılıb. Kristi bundan sonra şirkət sahibi Korey Tomas adlı bir iş adamı ilə görüşməyə başlayıb. Keçmiş sevgilisini qısqanan boksçu isə onun evinə gedərək qadını döyməyə başlayıb. Model onun əlindən qurtularaq üzü-gözü qan içində, yarıçılpaq şəkildə küçəyə qaçaraq qonşulardan yardım istəyib. Dərhal xəstəxanaya aparılan Kristinin 18 sümüyünün sındığı müəyyənləşib. Hadisədən bir həftə sonra həbs olunan Koppenhaverin məhkəməsi indi yekunlaşıb və boksçu ömürlük azadlıqdan məhrum edilib.


Fanat.Az