Sevgilisi ulduz oyunçunun başqa qadınla tutdu - FOTOLAR

Sevgilisi ulduz oyunçunun başqa qadınla tutdu - FOTOLAR

Türkiyənin "Darüşşafaka Doğuş" klubunun basketbolçusu Semih Erden başına iş açıb. Fanat.az xəbər verir ki, sevgilisi ulduz oyunçunu evində başqa qızla yaxlayıb.

Belə ki, Semih Erden təxminən 5 aydı rəssam Nilay Erköseoğlu ilə birlikdədi. Amma son bir həftədə basketbolçu "Anam yanımdadı", "toplanışdayam" bəhanələri ilə onunla görüşməkdən imtina edirmiş. O, son olaraq rəssam sevgilisinə xəstə olduğunu deyib.

Nilay Erköseoğlu isə xəstə olduğunu düşündüyü Semih Erdenə baş çəkmək üçün qəfildən evinə gəlib. Amma evin qapısını Bosniya və Hersoqovinada modellik edən Moni Petkoviç açıb. Nilay Erköseoğlu ondan kim olduğunu soruşub. Moni Petkoviç isə "Semihin sevgilisiyəm" cavabını verib.

Bundan sonra evdə dava düşüb. Xəyanətə uğrayan gənc rəssam basketbolçunun evini darmadağın edərək ordan ayrılıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər