Şevçenko bu millidən dəvət aldı

Şevçenko bu millidən dəvət aldı

Ukrayna millisinin sabiq futbolçusu Andrey Şevçenko Bosniya Və Herseqovina millisinin baş məşqçisi ola bilər.

Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Lorentso Lepre yayıb.

Faruk Hacıbegiç Avropa çempionatının seçmə mərhələsində Lüksemburqla məğlubiyyətdən sonra qovulduğu üçün bu post vakantdır. Bosniya və Herseqovina Futbol Federasiyasının rəhbərliyi baş məşqçi vəzifəsini 46 yaşlı ukraynalı əfsanəyə tapşırmaq niyyətindədir. 

Qeyd edək ki, Şevçenko 2016 - 2021-ci illərdə Ukrayna millisinin, 2021/2022 mövsümündə isə İtaliyanın "Cenoa" komandasının baş məşqçisi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər