Səudiyyə Ərəbistanı klubu MS-nin ulduzuna elçi düşdü

Səudiyyə Ərəbistanı klubu MS-nin ulduzuna elçi düşdü

Səudiyyə Ərəbistanı klubu "Əl-Əhli" "Mançester Siti"nin futbolçusu Riyad Mahrezin xidmətində maraqlıdır.

Fanat.Az "The Athletic"-ə istinadən xəbər verir ki, ərəblər Mahrezə görə "şəhərlilər"ə 30 milyon funt-sterlinq (təxminən 35 milyon avro) təklif etməyə hazırdır. 

Artıq futbolçunun özünə də təklif gəlib. Ona ildə təxminən 25 milyon funt-sterlinq (demək olar ki, 30 milyon avro) təklif olunub. 

Mahrez hələ karyerasını harada davam etdirəcəyinə qərar verməyib. Müqaviləsi daha iki il qüvvədə olan 32 yaşlı futbolçu üçün 30 milyon funt-sterlinq böyük məbləğ olsa da, MS onu satmağa o qədər də həvəsli deyil.

"Əl-Əhli" bu yay artıq "Çelsi"dən Eduard Mendi və "Liverpul"dan Roberto Firminonu transfer edib.

Mahrez ötən mövsüm "Mançester Siti"nin heyətində 47 oyunda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər