"Sərxoş vəziyyətdə qol vurub sevinirsən"

"Sərxoş vəziyyətdə qol vurub sevinirsən"

Moskva "Lokomotiv"inin hücumçusu Artyom Dzyuba sosial şəbəkədə onun gənc komanda yoldaşları ilə çəkdirdiyi fotosuna "Smolnikovla sənin yaşın qalan 6 oyunçunun ümumi yaşından çoxdur" yazan Kipr "Aris"inin forvardı Aleksandr Kokorinə sataşıb.

Fanat.Az-ın məlumatına görə, bu qış "Loko"ya keçən Dzyuba Kokorinin şərhinin altından belə yazıb:

"Qulaq as, boyanmış Messi, orada sərxoş vəziyyətdə qol vurub sevinirsən".

31 yaşlı Kokorin bu mövsüm "Aris" forması ilə 20 matça çıxaraq 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

34 yaşlı Dzyuba Moskva təmsilçisinə azad agent qismində qoşulub və müddəti mövsümün sonunadək nəzərdə tutulan sözləşməyə qol çəkib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər