Serxio Ramosun yeni klubu bilindi - İldə bu qədər qazanacaq

Serxio Ramosun yeni klubu bilindi - İldə bu qədər qazanacaq

Serxio Ramosa Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira yayıb. 

Mənbənin məlumatına görə, “Əl-İttihad” 37 yaşlı ispaniyalı ilə anlaşmağa yaxındır. Səudiyyə klubu veteran futbolçu uğrunda mübarizədə Türkiyənin “Qalatasaray”ını qabaqlayır. Ramosun Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə maaşı ildə 20 milyon avroya çata bilər. Mərkəz müdafiəçisinin müqaviləsi iki illik olacaq.

Bu keçid baş tutsa, Serxio Ramos "Əl-İttihad"da uzun illər "Real Madrid"də birgə çıxış etdiyi hücumçu Kərim Benzema ilə yenidən bir araya gələcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər