"Real”ın kapitanı Serxio Ramos öz komandasının fanatları tərəfindən fitə basılmasına münasibət bildirib.
Fanat.Az "beIN Sport”a istinadən xəbər verir ki, şənbə günü "Valyadolid”i 2:0 hesabıyla yenərək son 6 turda ilk qələbəsini qazanan "ağlar”ın müdafiəçisi belə deyib:
"Azarkeşlər komandanın nəticələrindən narazıdı. Fəxr edirəm ki, fanatlar məni fitə basır. Onların reaksiyasının anlayıram. Nəticəyə görə məsuliyyəti biz – futbolçular daşıyırıq”.
11 tura 17 xal toplayan "Real” turnir cədvəlində 7-cidi.
Fanat.Az