"Şerif" 20-ci dəfə ölkə çempionluğunu bayram etdi

"Şerif" 20-ci dəfə ölkə çempionluğunu bayram etdi

Futbol üzrə Moldova Milli Divizionunda 2021/2022 mövsümünün qalibi müəyyənləşib.

Fanat.Az xəbər verir ki, "Şerif" 20-ci dəfə ölkə çempionluğunu qazanıb.

Tiraspol təmsilçisi buna XXVI turda səfərdə "Dinamo-Avto"nu 3:0 hesabı ilə məğlub etməklə nail olub.

Bu qələbədən sonra xallarını 66-ya çatdıran komanda sona 2 tur qalmış ən yaxın izləyicisi "Petrokub"u 10 xal qabaqlayır.

Qeyd edək ki, bu, "Şerif"in tarixində 20-ci ölkə çempionluğu olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər