"Beşiktaş"ın baş məşqçisi Şenol Günəşə ölkə xaricindən təklif var. Fanat.Az xəbər verir ki, Qətərin "Əl Caiş" klubu türk mütəxəssisi baş məşqçi postunda görmək istəyir.
İddiaya görə, Qətərin Ulduzlar Liqasıda çıxış edən klubun meneceri Şenol Günəşlə görüşərək təklif irəli sürüb. Asiyalıların türk mütəxəssisə 2 illik müqavilə qarşılığında 13 milyon avro təklif etdiyi bildirilir. "Beşiktaş"la 2+1 illik müqaviləsi olan baş məşqçi İstanbul klubundan ildə 1,5 milyon avro maaş alır.
Fanat.Az