Səlahət Ağayev Azərbaycan çempionatında 200-cü oyununu keçirib.
Fanat.Az PFL-ə istinadən xəbər verir ki, təcrübəli qapıçının yubileyi Premyer Liqanın VIII turunun “Sabah” – “Sumqayt” matçına (3:0) təsadüf edib.
“Sabah”a qədər MOİK, “Keşlə”, “Sumqayıt” və “Neftçi”də də oynamış qapıçı bu matçlarda 192 top buraxıb.
Debütü 2010/11 mövsümünə təsadüf edən Ağayev ölkə çempionatında 200 və ya daha çox oyun keçirən 10-cu qapıçı olub.
1. Fərhad Vəliyev - 282 2. Rauf Mehdiyev - 271 3. Cahangir Həsənzadə - 268 4. Anar Nəzirov - 260 5. Nizami Sadıqov - 247 6. Kamran Ağayev - 235 7. Hüseyn Məhəmmədov - 227 8. Nadir Şükürov - 219 9. Elxan Həsənov – 203 10. Səlahət Ağayev - 200