“Səhvlərimizi düzəltdik” - Təbriz Həsənov

“Səhvlərimizi düzəltdik” - Təbriz Həsənov

“Birinci oyunla budəfəki qarşılaşmanı müqayisə etsək, fərqin böyük olduğunu görərik”. Fanat.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.

 

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya milliləri növbəti dəfə üz-üzə gəlib. Həsənov 1:0 hesabı ilə qələbə qazandığımız matçda yetirmələrindən razı qalıb: “Nizam-intizam qaydasındaydı, futbolçular əzmkarlıq nümayiş etdirdilər, qələbə istəyi daha çox idi. Səhvlərimizi düzəltdik və birinci oyunda qeydə alınan böyükhesablı qələbənin təsadüfi olduğunu göstərdik. İlk qarşılaşmada bəsit səhvlərə yol vermişdik və nəticədə böyük hesabla yenilmişdik. Futbolçular bundan nəticə çıxardılar və şanslarını dəyərləndirdilər”. 

 

Qeyd edək ki, ruslar birinci matçda 5:1 hesabı ilə qalib gəlmişdilər.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər