Şəhriyar Məmmədyarov Riqada çempion oldu

Şəhriyar Məmmədyarov Riqada çempion oldu
Latviyanın paytaxtı Riqada keçirilən FIDE Qran Prisi başa çatıb.
Fanat.Az xəbər verir ki, azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov turnirin qalibi olub. 34 yaşlı qrossmeyster final mərhələsinin tay-breykində fransalı Maksim Vaşye-Laqravı məğlub edib - 4:3.  
 
Qeyd edək ki, Şəhriyar Məmmədyarov final mərhələsinin birinci görüşündə rəqibinə qalib gəlsə də, ikinci dueldə uduzmuşdu. 
 
FIDE Qran Priləri 2020-ci il İddiaçılar Turnirinin iştirakçılarını müəyyənləşdirmək üçün təsis edib. Yarışın iki qalib şahmatçısı 2020-ci il İddiaçılar Turnirinə vəsiqə qazanacaq. Hər bir mərhələnin mükafat fondu 130 min avrodu.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər