Şehiç baxdı, komandası 1 xal qazandı

Şehiç baxdı, komandası 1 xal qazandı
Bosoniya və Herseqovina yığması "DÇ-2018"in seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin komandası səfərdə Yunanıstanla üz-üzə gəlib.
Şehiçin sonadək ehtiyatda qaldığı qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqlar qələbəni 90+5-ci dəqiqədə əldən veriblər.
Qeyd edək ki, Şehiçin komandası hazırda 7 xalla yer aldığı H qrupunda 3-cü pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər