İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün qalibi bəllidi. Fanat.Az-ın məlumatına görə, son turda səfərdə "Brayton"u 4:1 hesabı ilə yenən "Mançester Siti" xallarının sayını 98-ə çatdıraraq, liderliyini qoruyub və ardıcıl 2-ci, ümumilikdə isə 6-cı dəfə çempion olub. "Şəhərlilər"in ən yaxın izləyicisi "Liverpul" isə evdə "Vulverhempton"u 2:0 hesabı ilə məğlub etməsinə baxmayaraq, liderdən 1 xal geri qalıb və gümüş medallarla kifayətlənib.
Mövsümü 72 xalla başa vuran "Çelsi" 3-cü, 71 xallı "Tottenhem" isə 4-cü olub. Beləliklə, "Mançester Siti" və "Liverpul"la yanaşı, bu iki London klubu da Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb "Arsenal" 70 xalla mövsümü 5-ci pillədə bitirib və Avroliqanın qrupunda oynamaq hüququna yiyələnib. 66 xalı olan "Mançester Yunayted" isə 6-cı yerlə razılaşmaq məcburiyyətində qalıb. "Qırmızı şeytanlar" gələn mövsüm Avropa Liqasında təsnifat mərhələsindən zəiflərin qəniminə çevriləcək. "Kardiff Siti", "Fulhem" və "Haddersfild" isə elita ilə vidalaşıb.
Fanat.Az