Səfərdə ən böyük hesab

Səfərdə ən böyük hesab
Topaz Premyer Liqasında 2015/16 mövsümünün yeni rekordu qeydə alınıb. Fanat.az xəbər verir ki, rəqib meydanında “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Zirə” çempionatın ən böyükhesablı səfər qələbəsini qazanıb. 
Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də “Rəvan”la matça təsadüf etmişdi. Ötən il sentyabrın 25-də “Qəbələ” səfərdən 3 cavabsız qolla dönmüşdü. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə rəsmiləşib.
Bu, həm də “Zirə”nin Premyer Liqadakı ən böyük fərqlə qalib gəldiyi matç olub. Bunadək yalnız 1 belə qələbəsi olan paytaxt klubu evdə “Neftçi”ni 3 top fərqilə udmuşdu – 3:0. Səfərdə ilk dəfə böyük hesabla qalib gələn “Zirə” bu dəfə daha məhsuldar olub.(pfl.az)
Fanat.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər