Sebalyos keçmiş komandasına qayıdır

Sebalyos keçmiş komandasına qayıdır

"Real Betis" "Real Madrid"in yarımmüdafiəçisi Daniel Sebalyosu geri qaytarmaqda maraqlıdır. 

Fanat.Az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, “Real Betis” yay transfer pəncərəsində 25 yaşlı futbolçu üçün 7 milyon avro təklif etməyə hazırlaşır. Sebalyosun keçmiş komandasına qayıtmağa qarşı olmadığı bildirilir. Ancaq madridlilər də yarımmüdafiəçi ilə yeni müqavilə imzalaya bilər. Tərəflər arasında mövcud müqavilənin müddəti 2023-cü ildə başa çatır.

Sebalyos 2017-ci ildə "Real Betis"dən "Real Madrid"ə 14,7 milyon avro qarşılığında keçib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər