“Səbail”dən yeni transfer - RƏSMİ

“Səbail”dən yeni transfer - RƏSMİ

“Səbail” klubu heyətinə yeni futbolçu qatıb.

Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi “Pierikos”dan (Yunanıstan) Tural Bayramlını heyətinə cəlb edib. 24 yaşlı yarımmüdafiəçi ilə mövsümün sonuna qədər müqavilə imzalanıb. Tural yeni komandasında 39 nömrəli formanı geyinəcək.

“Sumqayıt”ın yetirməsi olan Bayramlı ölkəmizdə “Keşlə”, “Zirə”, Latviyada isə “Dauqavpils”in formasını geyinib.

“Səbail” qış fasiləsində Rəşad Əzizli və Hüseynəli Quliyevi də heyətinə qatıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər