“Səbail” növbəti transferini açıqladı

“Səbail” növbəti transferini açıqladı

2023/24 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətini daha bir futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, sözügedən klub son mövsümü Fransanın “Sedan” komandasında keçirmiş hücumçu Aleksandr Ramalinqomla 1 illik müqavilə imzalayıb.

Madaqaskar millisinin üzvü olan Aleksandr Ramalinqom karyerası ərzində “Marinyan”, “Balajn”, “Ayaçço”, “Marinyan Cinyak”, “Bezye” (Fransa) “Virton” (Belçika) klublarının uğurları üçün çalışıb. 30 yaşlı futbolçu Madaqaskar millisində 8 qarşılaşmada da meydana çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər