Sautgeyt planlarını açıqladı: "Yalnız bu haqda düşünürəm"

Sautgeyt planlarını açıqladı: "Yalnız bu haqda düşünürəm"

Bu yay keçirilən Avropa çempionatından sonra İngiltərə millisinin baş məşqçi pistunu tərk edən Qaret Sautgeyt gələcək planlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Sky News" onun sözlərini belə çatdırıb:

Qərar verməyə tələsmirəm. Variantlarım çoxdur və hər birinə açığam. Bunlar futbolda və ya futboldan kənarda olan işlərdir. Fasilə etməyə hazırlaşıram. Hazırda yalnız bu haqda düşünürəm. Ruhən yenilənməli, gücümü bərpa etməliyəm. Fikrimcə, insanlar da yeni enerjiyə ehtiyacım olduğunu bilirlər. 8 il millini çalışdırdım. Ölkənin yığmasının baş məşqçisi olmaq şərəf idi. Möhtəşəm oyunçular, əla personalla işlədim".

Qeyd edək ki, 2016-cı ildən İngiltərə seçməsini çalışdıran Sautgeyt yığmanı son iki Avropa çempionatlarının finalına çıxarıb. Koronavirus pandemiyası səbəbindən 2021-ci  ilin yayında təşkil edilən AÇ-2020-də İtaliyaya yenilən (1:1, penaltilərlə 2:3) britaniyalılar AÇ-2024-də İspaniyaya uduzublar - 1:2. Hazırda ingilisləri baş məşqçinin funksiyalarını müvəqqəti yerinə yetirən Li Karsli çalışdırır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər