Saşa Stamenkoviç üçün əlamətdar tur

Saşa Stamenkoviç üçün əlamətdar tur
Topaz Premyer Liqasının II turu "Sabah”ın futbolçusu Saşa Stamenkoviç üçün yubileylə əlamətdar olub. 
Fanat.Az PFL-in saytına istinadən xəbər verir ki, serb qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. "Sumqayıt”la ev matçına qədər hesabında 99 oyun olan qolkiper yubileyi "Əlincə Arena”da qeyd edib. Lakin onun yubileyi uğursuz alınıb və 4 top buraxan qapıçının komandası meydandan xalsız ayrılıb – 1:4.
Ölkəmizdə 2011/12 mövsümündə debüt edib, 4 il "Neftçi”nin formasını geyinən və bu yay Azərbaycana qayıdan Stamenkoviç 100 matçda 99 qol buraxıb. Saşa Premyer Liqadakı 5-ci mövsümündə 2-ci klubunun şərəfini qoruyur.

mövsüm

klub

oyun

qol

2011/12

Neftçi

22

-20

2012/13

Neftçi

30

-28

2013/14

Neftçi

34

-35

2014/15

Neftçi

12

-12

2018/19

Sabah

2

-4

5 mövsüm

2 klub

100

-99

Qeyd edək ki, Stamenkoviç Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 3-cü legioner qapıçıdı. Ona qədər gürcüstanlı Georgi Lomaya ilə bosniya və herseqovinalı İbrahim Şehiç "100”ü arxada qoyub. Azərbaycanda yalnız bir klubda oynayan bu qolkiperlər müvafiq olaraq "İnter” (indiki "Keşlə”) və "Qarabağ”ın şərəfini qoruyub. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər