Ötən ay "Latsio"ya yeni baş məşqçi təyin edilən Maurisio Sarri sərt açıqlama ilə gündəm olub.
Fanat.Az "Marca"ya istinad xəbər verir ki, mütəxəssis təlim-məşq toplanışını buraxan ispaniyalı yarımmüdafiəçi Luis Albertodan narazılığını bildirib:
"Luis Alberto məşqə qatılmamışdı. Bu isə məşqçilər heyəti üçün problem yaradır. Ondan bu barədə izahat gözləyirəm. Əgər onun izahatı bizi qane etsə, yaşanan problem dərhal aradan qalxacaq. Yox, bizi razı salmasa, məndən və həmkarlarımdan üzr istəməli olacaq".
Emin Şəmsiyev