Şaqiri "Olimpik Lion"dan gedir

Şaqiri "Olimpik Lion"dan gedir

Yayda "Liverpul"u Fransaya dəyişən 30 yaşlı Cerdan Şaqiri "Olimpik Lion"dan ayrıla bilər .

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, xərcləri məhdudlaşdırmaq istəyən Fransa klubu Şaqiriyə az maaşla oynamağı təklif edib.

Bonuslar nəzərə alınmamaqla, "Olimpik Lion"da 6 milyon avro qazanan futbolçuya aylıq 350 min təklif olunur. 

Bugünə qədər bütün yarışlarda on üç matçda forma geyib cəmi bir qol vuran Şaqiri hələ qərar verməyib. Klub rəhbərliyinin ona görə transfer təkliflərinə də açıq olduğu bildirilir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər