Santi Mina azadlıqdan məhrum edildi

Santi Mina azadlıqdan məhrum edildi

"Selta" klubunun futbolçusu Santi Mina 4 il müddətinə azadlıqdan məhrum edilib.

Fanat.Az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat verib.

İspaniya məhkəməsi cinsi təcavüz ittihamı ilə onu dəmir barmaqlılaqlar arasına göndərib. Bundan başqa, futbolçu 50 min avro məbləğində təzminat da ödəməli olacaq. Santiyə qarşıdakı 12 il ərzində qurbana yaxınlaşmaq qadağan edilib.  

İdmançı cinayət əməlini 2017-ci ilin yayında, Valensiyada məzuniyyətdə olarkən törədib.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər