Sançes Çilinin tarixinə düşdü

Sançes Çilinin tarixinə düşdü

“İnter” Çempionlar Liqasının III turu çərçivəsində “Zalsburq”a 2:1 hesabı ilə qalib gəlib. 

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, qarşılaşmada hesabı 19-cu dəqiqədə açan Milan klubunun çilili hücumçusu Aleksis Sançes ölkəsinin tarixinə düşüb.

Onun üçün bu qol Çempionlar Liqasında karyerasında 16-cı qol olub. Bununla da o, Avropa klublarında çıxış etmiş çilili futbolçular arasında ÇL tarixinin ən yaxşı bombardiri olub. Əvvəlki 15 qol rekordu “Yuventus”, “Barselona”, “Bayern” və “İnter”in keçmiş yarımmüdafiəçisi Arturo Vidala məxsus idi.

Sançesə Çempionlar Liqasında 16 qol vurmaq üçün 72 oyun lazım olub. 16 qoldan 3-nü "Barselona", 9-nu "Arsenal", hərəsində 2-ni isə "İnter" və "Olimpik Marsel"də vurub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər