Samir Məsimov Sloveniya çempionatında debüt etdi - VİDEO

Samir Məsimov Sloveniya çempionatında debüt etdi - VİDEO
Samir Məsimov Sloveniyanın "Domjale" klubunda rəsmi debütünü gerçəkləşdirib. Fanat.az xəbər verir ki, gənc futbolçumuz Sloveniya çempionatının XXIV turu çərçivəsində "Qoritsa" ilə matçda meydana çıxıb.
Bu matç III və IV pillədə gedən komandaların oyunu olduğundan, hər 2 komandaya qələbə hava və su kimi lazım idi. Bu matçın 34-cü dəqiqəsində "Bakı"nın sabiq futbolçuları - zədələnən Lukas Mario Xorvatı Juninyo əvəzləyib. Onların komanda yoldaşı Samir isə meydana 68-ci dəqiqədə çıxıb. O, Bosniya və Herseqovina doğumlu hücumçu Slobodan Vuku əvəzləyib. 
Oyuna gəlincə, görüş 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra "Domjale" 39 xalla III pillədəki yerini qoruyub saxlayıb.
Qeyd edək ki, Samir Məsimov "Domjale"yə "Neftçi"dən keçib. Onun Sloveniyada rəsmi oyununu keçirdiyi "Qoritsa" isə "Neftçi"yə tanış komandadır. 2000 və 2001-ci illərdə ardıcıl olaraq UEFA Kubokunun təsnifat mərhələsində bu 2 komanda üz-üzə gəlib. Hər 2 halda mərhələni sloveniyalılar keçib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər