Samir Məsimov rəsmən Sloveniya klubunda

Samir Məsimov rəsmən Sloveniya klubunda
"Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimov bundan sonra “Domjale” klubunun formasını geyinəcək. Fanat.az klubun rəsmi saytımna istinadən xəbər verir ki, Sloveniya təmsilçisindən gələn rəsmi təklifdən sonra “Neftçi” futbolçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. 
Qeyd edək ki, “Domjale” klubu 1921-ci ildə yaradılıb. 95 yaşlı klub ev oyunlarını 2800 azarkeş tutumu olan "Sports Park" stadionunda keçirir. Komanda tarixi ərzində 2 dəfə ölkə çempionu, 3 dəfə gümüş medalların sahibi olub, 1 dəfə ölkə kubokunu, 2 dəfə Super Kubokunu qazanıb. "Domjale" cari mövsümdə çempionatda keçirdiyi 22 oyunda 38 xal toplayıb və 38 xal toplayıb.
Samir Məsimov "Neftçi"yə Moskva "Lokomotiv"inin əvəzedici heyətindən transfer olunub. O, Bakı klubunun əsas heyətində 67 oyun keçirib və 3 qol vurub. 20 yaşlı hücumçu U-19 və U-21 yığmalarımızın formasını geyinib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər