Samir Məsimov debüt etmədi

Samir Məsimov debüt etmədi

Sloveniya çempionatında qış fasiləsi başa çatıb. Fanat.az xəbər verir ki, Samir Məsimovun transfer olunduğu "Domjale" XXIII turda səfərdə "Krka" ilə qarşılaşıb. 

Matç futbolçumuzun komandasının 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Məsimovun adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Domjale" geridə qalan turlarda topladığı 38 xalla üçüncü pillədə qərarlaşıb.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər