Salah yekun qərarını açıqladı: "Gələn mövsüm..."

Salah yekun qərarını açıqladı: "Gələn mövsüm..."

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə klubunda qalıb-qalmayacağı ilə bağlı yekun qərarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, misirli ulduzun söylədiklərini "Liverpool Echo" belə çatdırıb:

"İndi müqavilə müddətinin uzadılmasından danışmaq istəmirəm. Sadəcə, Çempionlar Liqasının kubokunu Hendersonun əlində görmək, ona toxunmaq istəyirəm. Gələn mövsüm qalacağım dəqiqdir".

29 yaşlı Salah 2017-ci ildən "Liverpul"dadır. İngiltərə klubunun "Roma"dan 42 milyon avroya aldığı hücumçunun indiki transfer qiyməti 100 milyon avro ilə dəyərləndirilir. Bu mövsüm bütün turnirlərdə 50 matça çıxan ön xətt oyunçusu 31 qol, 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər