İtaliya millisinin və "Roma"nın sabiq hücumçusu Françesko Totti əvvəllər komanda yoldaşı olmuş Məhəmməd Salah barədə danışıb.
Fanat.Az xəbər verir ki, "Corriere dello sport" Tottinin "Liverpul"un misirli forvardı haqda dediklərini belə çatdırıb:
“Salah böyük futbolçu olmamışdan əvvəl təvazökar bir oğlan idi. Onun "Roma"da qazandığı əla çempionluğu var idi. Bilirdim ki, "Liverpul" kimi kluba keçsə, daha da "artıracaq". O, dünyanın ən yaxşı on futbolçusundan biridir. Mən Salah üçün azı 200 milyon avro ödəyərdim".
Qeyd edək ki, Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyununda başa çatır. O, 2015/2016, və 2016/2017 mövsümlərində "Roma"da oynayıb.