Salah milliyə çağırılmadı - SƏBƏB

Salah milliyə çağırılmadı - SƏBƏB

“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir millisinə dəvət edilməyib.

Fanat.Az "The Guardian"a istinadən xəbər verir ki, ulduz forvard zədəsini tam sağalda bilmədiyi üçün qarşıdakı oyunlarda "fironlar"a kömək edə bilməyəcək.

Salah İngiltərə Premyer Liqasının 28-ci turunda "Liverpul"un “Mançester Siti”yə qarşı keçirdiyi matçın (1:1) son 30 dəqiqəsində oynayıb. 

Misir millisi martın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yoldaşlıq turniri çərçivəsində Xorvatiya, Yeni Zelandiya və Tunislə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər