Salah: "Çempionluq barədə danışmaq üçün tezdir"

Salah: "Çempionluq barədə danışmaq üçün tezdir"
"Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah çempionluq yarışı ilə danışıb.
Fanat.Az xəbər verir ki, misirli hücumçu "beİN Sports”a açıqlamasında çempionluq barədə danışmaq üçün erkən olduğunu deyib:
"Çempionatda vəziyyət fərqlidir, azarkeşlər olmadığı üçün hər oyunda komandaların qalib gəlmək şansı bərabərdir. Çempionluq barədə danışmaq üçün tezdir. Bir neçə komanda çempionluğa yaxındır, amma ümid edirəm, buna biz nail olarıq. Zədələr oyunumuza çox təsir elədi.
Hər oyun meydanda olmaq, matçın hər dəqiqəsini oynamaq arzusundayam. 90 dəqiqə deyil, 95 dəqiqə oynamaq istəyirəm, amma baş məşqçinin qərarlarına hörmət edirəm”, deyə Salah qeyd edib.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər