Şakira Pike ilə münasibətlərinə aydınlıq gətirdi - AÇIQLAMA

Şakira Pike ilə münasibətlərinə aydınlıq gətirdi - AÇIQLAMA

Şakira "Barselona"nın müdafiəçisi Jerar Pikedən ayrıldığını təsdiqləyib.

Fanat.Az xəbər verir ki, müğənninin kommunikasiya agentliyi Şakiranın dediklərini belə çatdırıb:

“Yollarımızın ayrıldığını təəssüflə təsdiqləyirəm. Ən yüksək prioritetimiz olan uşaqlarımızın rifahı naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirəm. Anlayışınız üçün minnətdaram”.

Xatırladaq ki, daha əvvəl Pikenin Şakiraya xəyanət etdiyi üçün çütlüyün arasında qalmaqal olduğu xəbəri yayılmışdı.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər