Sadıqov poker etdi, millimiz 8 qo vurdu

Sadıqov poker etdi, millimiz 8 qo vurdu
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltada təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamız Lixtenşteyn millisi ilə qarşılaşıb.
 
Matç komandamızın darmadağını ilə yekunlaşıb. Futbolçularımız “cırtdan ölkə” təmsilçisinin qapısından 8 top keçirib. Bu qolların 7-si ilk 40 dəqiqədə vurulub.
 
Millimizin heyətində Xaqani Sadıqov poker etdiyi halda, Bəşir Ayralov, Fərid Məmmədov, Kamran Quliyev və Elvin Cəfərquliyev hərəyə bir dəfə fərqləniblər.
Qeyd edək ki, komandamız növbəti oyunu martın 26-da keçirəcək. Rəqib ev sahibləri olacaq.
Malta
UEFA İnkişaf Turniri
24 mart
Azərbaycan - Lixtenşteyn 8:0
Qollar: Xaqani Sadıqov, 7; 10; 19; 40. Bəşir Ayralov, 9. Fərid Məmmədov 26. Kamran Quliyev, 34. Elvin Cəfərquliyev, 80.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər