“Sabah”ın ilk rəqibi müəyyənləşdi

“Sabah”ın ilk rəqibi müəyyənləşdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyunundakı rəqibinin adına aydınlıq gəlib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda ilk matçında Rumıniyanın “Rapid” (Buxarest) klubu ilə qarşılaşacaq.

Görüş yanvarın 9-da, Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla saat 17:00-da), “Mardan” İdman Kompleksinin ehtiyat meydançasında olacaq.

"Sabah"ın Antalyadakı təlim-məşq toplanışı yanvarın 15-dək davam edəcək. Paytaxt təmsilçisi Türkiyədə daha bir yoxlama matçı keçirməyi planlaşdırır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər