Azərbaycan kubokunun finalında "Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə məğlub edərək, kuboku başı üzərinə qaldırıb. Fanat.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında AFFA-nın prezidenti Rövnəq Abdullayev də olub.
O, matçdan sonra oyunla bağlı fikirlərini səsləndirib: "Əla oyun keçdi. Çox maraqlı idi. Bir az üstünlük "Qarabağ” tərəfdə idi, ancaq "Neftçi” də əla mübarizə apardı. Yaxşı epizodlar var idi. Düşünürəm ki, nəticə oyuna görə oldu. "Qarabağ”ı təbrik edirəm. "Neftçi” də Avrokuboklara vəsiqə qazanıb. Hər iki komandanın Avropa arenasında özlərini yaxşı göstərəcəklərinə inanıram”.
AFFA prezidenti başa çatan futbol mövsümünün nəticələri haqqında da danışıb: "Planlaşdırdığımız bütün məsələləri həll etdik. Əsas məqsədlərimiz uşaq futbolunun inkişafı, Premyer Liqanın keyfiyyətli təşkili idi. Bunlara da nail olduq. Avropada ötən mövsüm klublarımız yaxşı çıxış etdilər”.
Fanat.az