Rövnəq Abdullayev namizədliyini irəli sürdü

Rövnəq Abdullayev namizədliyini irəli sürdü

AFFA prezidentliyinə ilk namizədin adı açıqlanıb. Fanat.az AFFA-nın saytına istinadən xəbər verir ki, qurumun hazırkı prezidenti Rövnəq Abdullayev yenidən namizəd olub.

"AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2016-cı il mart ayının 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb" deyə AFFA-nın açıqlamasında bildirilir.

Qeyd edək ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər