"Fənərbaxça" dünən Rusiyanın paytaxtı Moskvada hava limanında yüksək təhlükəsizlik tədbirləri ilə qarşılanıb. Fanat.az xəbər verir ki, türk klubunu aparan təyyarə hava limanına endiyi andan etibarən yüksək səviyyəli dövlət protokolu çərçivəsində tədbirlər görülüb.
Rusiyanın xüsusi təyinatlılarının mühafizəsi ilə hava limanından ayrılan "Fənərbaxça"lıların yaxınlığına heç kim buraxılmayıb, onlar otelə gedərkən gedərkən də yollar tamamilə bağlanıb.
Futbol klubunun qaldığı otel öncə tamamilə boşaldılaraq hər tərəfdə axtarış aparılıb. Daha sonra isə polis otelin ətrafını mühasirəyə alıb.
Qeyd edək ki, "Fənərbaxça" bu gecə Avropa Liqasının 1/16 final mərhələsində "Lokomotiv"lə (Moskva) cavab oyununa çıxacaq. Türkiyə klubu ilk oyunda 2:0 hesablı qələbə qazanıb.





Fanat.az