“Ruslan getmək istəyirdi, buraxmadılar”

“Ruslan getmək istəyirdi, buraxmadılar”

“Ruslanı “İnter”də saxlamaq əsas məqsəd idi. Açığı, getmək istədiyini demişdi. Hətta rəhbərliklə görüşdə də “Neftçi”dən aldığı təklifi dəyərləndirmək istədiyini bildirdi. İsrar etsə də, rəhbərlik və baş məşqçi buraxmadı. “İnter”in ən vacib oyunçularındandı. Müqaviləsi var. Maya qədər “İnter”də qalacaq. Mövsümün sonunda karyerasını harda davam etdirəcəyinə özü qərar verə bilər”. Bu sözləri Fanat.Az-a açıqlamasında “İnter”in seleksiyaçı-məşqçisi Zaur İsmayılov deyib.

İsmayılov “İnter”i daha iki futbolçunun tərk edəcəyiylə bağlı yayılan söz-söhbətə də aydınlıq gətirib: “4 futbolçunun “Neftçi”yə keçə biləcəyini biz də bilirdik. Hələ 1 ay əvvəldən. İş elə gətirdi ki, yalnız Ağabala Ramazanov getdi... “Neftçi”yə yox, “Qarabağ”a. Hazırda bizim futbolçulardan heç birinin klubunu dəyişməsi gündəmdə deyil”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər