Ruslan Əmircanov uzun müddətdən sonra qol vurub. Fanat.az xəbər verir ki, Premyer Liqanın XXV turu çərçivəsində keçirilən "İnter" - "Rəvan" matçının start heyətində yer alan futbolçu 21-ci dəqiqədə rəqib qapısına yol tapıb.
Bu Ruslanın Premyer Liqada 770 gündən sonra vurduğu ilk qol olub. Belə ki, o, sonuncu dəfə 2014-cü ilin 2 fevralında fərqlənmişdi. O, həmin vaxt AZAL-ın qapısına yol tapmışdı.
Fanat.az