Müğənni Sevda Yahyayeva yeni klipini təqdim edib. Fanat.Az xəbər verir ki, "Milli mətbəximiz" adlı mahnısına çəkilmiş klipdə müğənninin tərəf müqabili millimizin üzvü Ruslan Abışovdu.
Mərasimdə çıxış edən Sevda bunları deyib: "5 illik fasilədən sonra yenidən sizinlə görüşmək mənim üçün xoşdur. Tanınmış futbolçu Ruslan Abışovla eyni layihədəyik. Özbək musiqisinə Leyli Erol azərbaycan dilində sözlər yazıb. Mahnın aranjimanı üzərində isə Cavid Cavadoğlu çalışıb. Rejissor Anar Hüseynovun ərsəyə gətirdiyi ekran işinin hər kəs tərəfindən seviləcəyinə ümid edirəm. Klipin prodüseri Pərviz Əsgərovdur".
"İnter"in formasını geyinən Ruslan Abışov da bildirib ki, Sevda ilə tərəf müqabili olmaqdan məmnundu. Və ondan heç bir müğənni ilə tərəf müqabili olmaq niyyəti yoxdur.
Qeyd edək ki, Ruslan Abışov 5 il əvvəl Sevda Yahyayevanın "Gecdir daha" mahnısının klipinə çəkilmişdi.
Fanat.Az