Rus qapıçı Avropa nəhəngi ilə razılığa gəldi

Rus qapıçı Avropa nəhəngi ilə razılığa gəldi

Rusiyanın "Krasnodar" klubunun qapıçısı Matfey Safonov karyerasını Avropa nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, məlumatı RBK yayıb.

Xəbərə görə, 25 yaşlı qolkiperin xidmətində PSJ maraqlıdır. Mənbə tərəflərin artıq şifahi razılığa gəldiyini, Krasnodar təmsilçisinin rəsmilərinin isə informasiyaya münasibət bildirməkdən imtina etdiklərini vurğulayıb. 

Qeyd edək ki, Safonov formasını geyindiyi klubun öz yetirməsidir. Cari mövsüm "Krasnodar" forması ilə 29 matça çıxan Mayvey bu qarşılaşmalardan 10-da qapısını toxunulmaz saxlamağı bacarıb.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər