Rus məşqçi millimizlə oyundan danışdı

Rus məşqçi millimizlə oyundan danışdı
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş Rusiya - Azərbaycan oyunundan (2:2) sonra rəqibin baş məşqçisi Nikolay Pisarev açıqlama verib: 
"Oyuna biz nəzarət edirdik. Rəqibin daha çox müdafiəyə diqqət ayıracağını bilirdik. Bu müdafiəni yarmaq üçün daha istəkli oynamaq lazım idi və biz buna hazır idik. Amma standart vəziyyətdən iki qol buraxdıq. Hansı ki, buna hazır olmadığımız göründü. Hazırda bu oyunda buraxdığımız səhvləri analiz edib, qarşıdakı oyunları düşünməliyik".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər