Qroznının "Axmat" klubunun azarkeşi Rusiya Premyer Liqasının 10-cu turunda - Moskva "Spartak"ı ilə oyunda (0:1) qonaq komandanın rus fanatının niyə döyüldüyünü izah edib.
Fanat.Az xəbər verir ki, adı açıqlanmayan çeçen tərəfdar "News.ru"ya danışıb:
"Həmin şəxs özünü apara bilmirdi. Çeçen xalqı, dinimiz və Allah barədə xoşagəlməz sözlər danışırdı. İstər Qroznıda olsun, istər Voronejdə, fərq etmir... Heç kim belə boşboğazın dediklərini ona bağışlamaz. Şəxsən mən onun ən pis şəkildə cəzalandırılmasının tərəfdarıyam. Özünü canını yaxşı qurtarmış saya bilər. Gördüyünüz kimi, başına qorxulu heç nə gəlməyib. Heç tibbi yardıma da ehtiyacı olmadı. hamıdan yaxşı anqırır, salamat görünürdü".
Nihat