Almaniyanın III Bundesliqasında və Regional Liqasında növbəti turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar da meydana çıxıb.
Cihan Özkaranın forma geyindiyi "Preussen Münster" "Mynts 05"in U-23 komandasının qonağı olub və 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cihan oyunu ehtiyat oyunçular skamyasından izləyib. "Preussen Münster" 23 turdan sonra 36 xalla turnir cədvəlinin 6-cı pilləsini tutur.
Rüfət Dadaşovun forma geyindiyi "Germaniya Halberştadt" "BFC Dinamo"nun qonağı olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Start heyətində yer alan Rüfət sonadək meydanda olub. Regional Liqanın Şərq zonasında çıxış edən "Germaniya Halberştadt" 19 turdan sonra 6 xalla son pillədə qərarlaşıb.
Bilal Sezərin forma geyindiyi Münhenqladbax "Borussiya"sının U-23 komandası səfərdə "Vattensçeid 09"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Bilal 90-cı dəqiqədə oyuna qoşulub. Regional Liqanın Qərb zonasında çıxış edən"Borussiya" 21 turdan sonra 43 xalla turnir cədvəlinin liderdi.
Fanat.az